Palata “GünayBank”a sığorta agenti lisenziyası verdi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Bu barədə "Marja"ya Palatadan bildirilib.

Palatanın Direktorlar Şurasının qərarı ilə həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verilmişdir.

Sözügedən lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

30 Dekabr 2017, 15:00   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]