Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Bank Silk Way” 30.000-ci plastik kart sahibini sevindirdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Silk Way” 30.000-ci plastik kart sahibini sevindirdi!

26.07.2017-ci il tarixində “Bank Silk Way” ASC bankın 30.000-ci kartı əldə edən müştərisini təbrik edib.

 

Müştəriyə onun sifariş etdiyi Visa Gold Miles kartı ödənişsiz olaraq təqdim olunub və ona bank tərəfdən müxtəlif hədiyyələr verilib. Qalib “Azerconnect” şirkətinin işçisi Abasova Aygün Fəxrəddin qızı olub.

 

Tədbirdə “Bank Silk Way” ASC-nin İdarə Heyətinin sədri Əhmədov Elçin Eldar oğlu şəxsən iştirak edib.

 

Bu mərasimin keçirilməsinin əsas səbəbi müştərilərin sevincini və inamını daha da artırmaqdır.

 

“Bank Silk Way” ASC respublikanın etibarlı və aparıcı banklarından biridir. Yarandığı tarixdən etibarən 23 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də inkişaf baxımından artmışdır. Bankın əsas strategiyası keyfiyyətli, sürətli və sərfəli xidmət, faydalılıq və peşəkarlıq əsasında qurulmuşdur.

 

Xatırladaq ki, “Bank Silk Way” müştərilərə Miles ödəmə kartlarını təklif edir. Bu məhsul son illər ərzində Azərbaycanda daha da geniş istifadə olunur. Miles kartı bank kartının üstünlükləri ilə “Azal Miles” proqramının iştirakçılarının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Bu kartların əsas xüsusiyyəti müştərinin hesablarına səyahət ballarının toplanmasıdır. Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik səyahət balları hesablanır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır. Bu səyahət balları vasitəsilə Azərbaycan Hava Yollarından ödənişsiz uçuş biletlərini əldə etmək mümkündür.

 

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.fb.com/swbankmiles) müraciət edə bilərsiniz.

 

Daha çox alın, tez-tez səyahət edin!

31.07.2017 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ