Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Saatlıda məhsuldarlıq rekordu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Saatlıda məhsuldarlıq rekordu

Sahələrdən 2,5 milyon ton taxıl, o cümlədən 1,7 milyon ton buğda yığılıb 

 

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. 2017-ci il iyul ayının 24-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 faizi biçilərək məhsulu yığılmışdır. 

 

Dövlət Statistika Komitəsindən "Marja"ya verilən məlumata görə, toplanmış məhsul 2 milyon 515,1 min ton təşkil etmiş və məhsuldarlıq 28,9 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 1 milyon 696,6 min tonu və yaxud 67,5 faizi buğda, 797,8 min tonu (31,7 faizi) arpa, 20,7 min tonu (0,8 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

 

Respublikanın 12 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, qalanlarında isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

 

Ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Saatlı (1 hektardan 40,7 sentner), Sabirabad (müvafiq olaraq 38,9), Bərdə (38,3), İsmayıllı (37,3), Ağcabədi (37,1), Ağdam (37,0), Tərtər (36,4) və İmişli (35,4) rayonlarında olmuşdur.     

 

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki (214,7 min ton), Cəlilabad (188,8 min ton), Neftçala (118,8 min ton), Füzuli (103,1 min ton), Sabirabad (95,7 min ton), İsmayıllı (90,9 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (85,5 min ton) müşahidə olunmuşdur.

31.07.2017 04:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ