Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft OPEC toplantısı öncəsi bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft OPEC toplantısı öncəsi bahalaşır

Gələn həftə OPEC+ ölkələrinin, bəzi ölkələrin hasilatın azaldılması öhdəliklərində geri qaldığını müzakirə etmək üçün növbədənkənar iclası keçiriləcək. Neft istehsalçıları avqustun 7-8-də Abu Dabidə Küveyt və Rusiyanın həmsədrliyində toplanacaq. 

 
"Marja" xəbər verir ki, neft qiymətləri keçən həftə 8.6 faiz artdıqdan sonra 0.7 faiz dəyər qazanıb. 

 

Səudiyyə Ərəbistanının keçən həftə hasilatın azaldılması sazişinə tam əməl etməyən ölkələr üzərindəki təzyiqi artıracağını açıqlamışdı. Aazişə əsasən, ölkələr müəyyən edilmiş həcmlərdə neft hasilatını azaldtmalıdırlar. Azərbaycan götürdüyü öhdəliyə əməl edir.


BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR

 

Digər tərəfdən, "Wall Street Journal"ın məsələ haqqında məlumata malik mənbəsinə istinadən verdiyi xəbərinə görə, ABŞ Venesuelanın neft sənayesinə qarşı sanksiyaları artırmağı düşünür. Sanksiyalar tətbiq edilərsə, Venesuellanın nef istehsalı düşə bilər.


 
Həmçinin "Baker Hughes Inc"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da qazılan quyuların sayı sayı keçən həftə cüzi artıb. Bu da yaxın gələcəkdə ABŞ-da neft hasilatının çox arta bilməyəcəyinə işarədir.

 

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatın azaldılmasına yönəlmiş ciddi səylərinin digər bölgələrdəki hasilatın artmasını bağlayacağı gözlənilir. Narahatlıqların azalması ilə neft qiymətləri qalxıb. 

 

"Bazarının hazırda haradasa tarazlıqda olduğunu ehtimal edirik. Bu səbəbdən OPEC-dən qaynaqlanan hər hansı bir istehsal dəyişikliyi bazarda neft qıtlığı yarada bilər",- "Australia & New Zealand Banking Group Ltd"nin analitiki Daniel Hynes bildirib.
 


100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Bakı vaxtı ilə saat 08:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 35 sent bahalaşaraq bareli 50.06 dollara, Brent nefti ICE Futures Europe birjasında 24 sent və ya 0.5 faiz bahalaşaraq bareli 52.76 dollara qədər yüksəlib.  

31.07.2017 06:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ