Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qızıl bu ay 2.2 faiz bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl bu ay 2.2 faiz bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızılın qiyməti, ABŞ Mərkəzi Bankı Fed-in faizi ləng artıracağı gözləntisinin Dolları zəiflətməsinin təsirilə qalxır. Qızıl Fevral ayından bu yana ən böyük aylıq bahalaşmasına yönəlib və qiymət altı həftənin ən yüksək səviyyəsi yaxınlığındadır.


 
"Marja" xəbər verir ki, qızıl bu ay 2.2 faiz bahalaşıb və bu, Fevral ayındakı 3.1%-lik artımdan bu yana ən yüksək qiymət atımına işarə edir.
 

Reklam_3_11


Metalın unsiyası 1271.23 dollar ilə 14 İyundan bu yana ən yüksək səviyyəsini görəndən sonra, çox dəyişməyərək, Bakı vaxtı ilə saatı ilə 08:25-də 1,268.22 dollardan alıcı tapıb. 


 
ABŞ-da ÜDM gözləniləndən zəif artıb və inflyasiya durğun vəziyyətdə qalır.  Bu vəziyyət Fed-in faiz artıracağı gözləntilərini zəiflədib. Qızılın yaxın perspektivdə daha da bahalaşması potensialı var.


 
Bloomberg Dollar Spot İndeksi Cümə günü, ABŞ-da inkişafın 2-ci rübdə gözləniləndən aşağı çıxdığını göstərən rəqəmdən sonra, 2016-cı ilin May ayından bu yana ən aşağı səviyyəsindən bağlanıb. İndeks bu ay 2.2 faiz düşüb. Ümumiyyətlə, Dollar indeksi ardıcıl beş aydır düşür.


 
ABŞ iqtisadiyyatının 2-ci rübdə 2.7 faiz artacağı gözlənsə də, 2.6 faiz artdığı açıqlanıb.

31.07.2017 06:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ