Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Twitter-dən 168 manata abunə xidməti

iç səhifə xəbər başlığı altı (mobil)_31
Twitter-dən 168 manata abunə xidməti

Gəlirləri hər il düşən Twitter, bu vəziyyəti düzəltmək üçün abunə sistemini həyata keçirməyi planlaşdırır. Yeni xidmətin ödənişi isə 99 dollar, yəni təxminən 168 manat olacaqdır.



 

Reklam_3_11

"Marja" xəbər verir ki, Sosial media nəhəngi Twitter, profilləri və tweet önə çıxaracağı 99 dollarlıq abunə xidmətini test edir. Yeni xidmətə abunə olan istifadəçilərin hesablarından atılan tweet avtomatik olaraq bu hesabları təqib etməyən insanların səhifəsinə düşəcək və axtarışlarda daha çox çıxacaq.


 
Bu abunə sistemi rəqəmsal marketinqdə və ya Twitter reklam kampaniyalarında mütəxəssis olmayan şəxslərin istifadəsi düşünülərək qurulub. Ona görə bu xidmət reklam agentliklərilə çalışan böyük markaları deyil, kiçik müəssisələri və fərdləri hədəfləyir.


 
Twitter-in gəlirləri hər il düşməyə davam edir. Şirkətin mənfəət rəqəmlərini açıqladığı Cümə günü səhmləri 14 faiz ucuzlaşmışdı.


 
Bu abunə sisteminin reklam gəlirləri barədə şirkətə yardım edə biləcəyini söyləyən ekspertlər bu addımın digər tərəfdən, istifadəçi sayını artırmaqda yetərsiz olacağı fikirindədir.


 
Hətta bəzi ekspertlər bu yeni servisin insanların təqib etmək istəmədikləri adamları daha aktiv hala gətirəcəyini bildirərək bu vəziyyətin mənfi nəticələr doğura biləcəyini ifadə edirlər.

31.07.2017 07:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ