Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azəristiliktəchizat"ın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azəristiliktəchizat"ın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 aprel 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrdə "Azəristiliktəchizat" ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

 

 

Hesablama Palatasının saytında yer alan məlumata görə, nizamnaməsinə uyğun olaraq "Azəristiliktəchizat" ASC 2015-2016-cı illər istilik mövsümündə 535 qazanxana istismar edilməklə 3570 yaşayış binası (170 minə yaxın mənzil), 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekt istiliklə təmin edilib.



Auditlə ümumilikdə 51 mln. 202,7 min manat məbləğində vəsait əhatə olunub.



Dövlət müəssisəsi tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb, ASC-nin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb, anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib, qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə tələbatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 kvadratmetr yaşayış sahəsi, 1 kubmetr isidilən həcm və 1 kubmetr isti su) istehsal və satış maya dəyəri müəyyən edilməyib və cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib.



Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərin tərkibinə aid edilib.



2015-ci ildə ASC-nin gəlir və xərclər smetasının icrasına və maliyyə hesabatına görə, istilik təchizatı xidmətlərinin satışından faktiki gəlirləri (mədaxil) ƏDV-siz 8,109 mln. manat, faktiki xərcləri 46 mln. 148,2 min manat (o cümlədən, 45 mln. 702,1 min manat istehsal xərci, 446,1 min manat satışdankənar xərc) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38 mln. 39,2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10 mln. 839,2 min manat, faktiki xərcləri 50 mln. 243,3 min manat  (o cümlədən, 49 mln. 699,1 min manat istehsal xərci, 544,2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39 mln. 404,1 min manat təşkil edib, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2 mln. 730,2 min manat artdığı halda, xərclər 4 mln. 95,1 min manat və ya gəlirlərin artımına nisbətən 1,5 dəfə çox artıb, nəticədə dövlət müəssisəsinin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1 mln. 364,9 min manat və ya 3,6% artıb.
 

 

İsidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub, yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 kvadratmetr yaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib, cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11,68% və 2016-cı ildə 11,95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12,6% miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib.


Cəmiyyətdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmayıb, maliyyə hesabatları və izahlı qeydlər Beynəlxalq Maliyyə Hesabatları Standartlarına tam uyğun tərtib edilib, Cəmiyyətin və onun strukturlarının uçot siyasətinin qəbul edilməsi və hesab sahələri üzrə uçotun aparılması barədə prosedurlar hazırlanmayıb, Maliyyə Nazirliyinin təsdiq etdiyi "Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları"na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmayıb, bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməyib.



Hesablama Palatasının Kollegiyası nəzarət tədbirinin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə "Azəristiliktəchizat" ASC-yə kollegiya qərarının surəti və müvafiq təqdimat göndərilib.



Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

 

31.07.2017 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ