Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İşçiləri böcəklər əvəz edir - Azərbaycanda dərmansız tərəvəzçilik

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşçiləri böcəklər əvəz edir - Azərbaycanda dərmansız tərəvəzçilik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dərmansız tərəvəzçilik məhsullarının yetişdirilməsinə başlanılıb.

 

Reklam_3_11

Bunu açıqlamasında “Aqrosell” MMC-nin rəhbəri, türk iş adamı Kamal Yıldız deyib. Onun sözlərinə görə, artıq ənənəvi parnikçilikdən fərqli olaraq məhsullar torpaqda deyil, kokobitlərdə yetişdirilir.


Bundan əlavə, çiçəklərin mayalandırılması üçün dünyada məşhur olan, hətta ABŞ, Çin, Rusiyada tərəvəzçilikdə istifadə edilən “Biobet” arılarından istifadə edilir. Bu arılar adi bal arılarından fərqlənir. Effektiv mayalandırma sahəsində məhsul daha çox və kefiyyətli olur.


K.Yılmaz bildirib ki, çiçəklərin mayalandırılması ilə yanaşı, tərəvəzləri xərsətliklərdən qorumaq üçün də böcəklərdən istifadə edilməsinə başlanılır:

 

“Məsələn, məhsuldarlığıa ziyan vuran ağ kəpənək, tutu böcəyi və digər zərərvericilərə qarşı artıq dərmandan istifadə etməyəcəyik. Əvəzində zərərvericiləri yeyən böcəklərin parnik təsərraflarında istifadəsinə başlayacağıq. Bu sahədə yeniliklər getdikcə artır”.


K.Yılmaz bildirib ki, dövlətlər bu sahədə araşdırmalara böyük vəsaitlər xərcləyirlər. Məsələn, ABŞ-da artıq zərərverici göbələklərlə qidalanan böcəklər parnik təsərrüfatlarında istifadə edilir. Avropada dərmansız yetişdirilən məhsulların həcmi 70%-ə, Tükiyədə 15%-ə qədər yüksəlib. Azərbaycanda isə hələlik 0,1% həcmdə dərmansız məhsul yetişdirmək mümkün olub.


Şirkət rəhbərinin sözlərinə görə, dərmansız məhsul yetişdirmək iş adamları üçün də sərfəlidir. İndiyə qədər dərmanlama sahəsində insan amili var idi və bu əlavə işçi xərci demək idi. İşçilər bəzən dərmanlamanı lazımı qaydada həyata keçirmirdilər. Amma böcəklər vasitəsilə artıq belə problem yaranmır və dərmanlama ilə məşğul olan işçiyə ehtiyac qalmır: “ Ümumilikdə texnologiyanın inkişafı imkan verir ki, böyük sahələrdə parnik təsərrüfatı yaradılsın”.

 

© Fins

31.07.2017 11:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ