Avro ilə bağlı mühüm göstərici açıqlandı
Avro zonasında inflyasiya dəyişmədi
Avro zonasında inflyasiya, Avropa Mərkəzi Bankının hədəfindən (2%) xeyli aşağı qaldı. Halbuki, Bank pul siyasətini normallaşdırmağı və təşviqdən çıxışı müzakirə edir.
"Marja" xəbər verir ki, Eurostat-ın Bazar ertəsi günü açıqladığı məlumata görə, Avro zonasında istehlakçı qiymətləri (inflyasiya) İyul ayında İyun ayı ilə müqayisədə dəyişiklik göstərməyib və illik 1.3% artıb. İyunda da inflyasiya illik 1,3% ölçülmüşdü. Ərzaq və enerji kimi volatil elementlərdən təmizlənmiş baza inflyasiya, 1,1%-dən 1.2%-ə irəliləyərək üç ayın ən yüksək səviyyəsinə çıxıb.
Məlumat, Avropa Mərkəzi Bankının Prezidenti Mario Draghi-nin, inflyasiyanın gələcək aylarda İyun ayındakı səviyyəsində qalacağı təxmininə uyğun olub. Həmçinin inflyasiya region iqtisadiyyatının inkişaf etməsinə baxmayaraq tam sabitləşməyib.
Avropa Mərkəzi Bankının payızda keçiriləcək toplantısında pul siyasətinin normallaşdırılmasını müzakirə edəcəyi gözlənilir. Bu gözləntilər ilə əlaqədar olaraq Avro bahalaşırdı.
İnflyasiya göstəricilərinin açıqlanmasının ardından Avro Dollar qarşısında cüzi ucuzlşaraq 1.1736 səviyyəsinə düşüb (Bakı vaxtı ilə saat 1330-a olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
19 d. əvvəl
Almaniyanın xarici ticarətində 22,3 milyard avro müsbət saldo yaranıb
- 36 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib
-
1 saat əvvəl
4 ayda yeni kassa aparatları ilə dövriyyə 7,3 milyard manatdan çox olub
-
1 saat əvvəl
SR Auto-dan daha bir yenilik! Tam elektrikli AVATR tezliklə Bakıda! - FOTO
-
2 saat əvvəl
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl