Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda işsizliyin maksimal həddə çatacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda işsizliyin maksimal həddə çatacağını gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Azərbaycanda işsizlik səviyyəsinin artacağı, növbəti 3 ildə isə azalacağı ehtimal edilir. 


Velə bir proqnozla "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2020-ci ilə qədər iqtisadi perspektivləri barədə hesabatında çıxış edib. 

Reklam_3_11


Hesabatda bildirilib ki, 2018-ci ildə Azərbaycanda işsizlik 5,5%-ə, 2019-2020-ci illərdə isə 5%-ə enəcək. 
Agentlik hesabatda bir sıra digər maliyyə göstəriciləri üzrə proqnozlarını da açıqlayıb. Belə ki, Azərbaycanın dövlət büdcəsinin bu il ümumi daxili məhsulun (ÜDM) 3,2%-i qədər kəsirlə tamamlanması gözlənilir. Büdcənin 2018-ci ildə 1%, 2019 və 2020- ci illərdə 2,5% profisit nümayiş etdirəcəyi ehtimal edilir. 


"Standard & Poor's" xatırladıb ki, son 10 ildə Azərbaycanda büdcə profisiti orta hesabla 7% təşkil edib. Maliyyə göstəricilərinin zəif olmasına səbəb kimi agentlik Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycan Mərkəzi Bankına (AMB) birdəfəlik transferini göstərib. Bu addım AMB-yə inamın artırılması və tədiyyə balansında böhranın aradan qaldırılması kimi qiymətləndirib.


"Standard & Poor's" həmçinin növbəti illərdə Azərbaycanın dövlət büdcəsində artımın olmayacağı gözləyir. Belə ki, bu il gəlirlərin ÜDM-ə nisbəti 33%, növbəti 3 ildə isə müvafiq olaraq 31, 30 və 30% təşkil etməlidir.  Xərclərin ÜDM-ə nisbətinin isə bu il 36,2%, növbəti 3 ildə isə müvafiq olaraq 30, 27,5 və 27,5% olması proqnozlaşdırılır. 
"Əgər hesab etəsk ki, növbəti ildən ÜDM-də artım gözlənilir, o zaman yuxarıdakı proqnozu büdcədə sabitlik və yaxud cüzi kiçilmə kimi qəbul etmək olar", - deyə agentlik bəyan edib. 

 

© Report

31.07.2017 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ