Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Enerjiyə artan tələbatı tam ödəyəcək yeni stansiyası inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Enerjiyə artan tələbatı tam ödəyəcək yeni stansiyası inşa ediləcək

“Azərenerji” ASC Bakının Qaradağ rayonunda 385 MVt gücündə elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu barədə ASC-dən məlumat verilib.

 

Reklam_3_11

“Hazırda Qaradağ rayonunun Səngəçal qəsəbəsində gücü 385 MVt olan yeni elektrik stansiyasının tikintisi layihəsinə hazırlıq işləri görülür. Bununla bağlı Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsinə (ƏMSİSTQ) dair hesabat hazırlanır. Layihə razılaşdırılmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq təsisatlara təqdim olunacaq”, - ASC-dən bildiriblər.

 

“Səngəçal-2” elektrik stansiyasının inşası Azərbaycanın elektrik enerjisinə olan artan tələbatını tam həcmdə ödəyəcək.

 

"Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi və elektrik enerjisinə artan tələbatının ödənilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi vacib əhəmiyyət daşıyır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində tikintisi nəzərdə tutulmuş 385 MVt gücündə yeni elektrik stansiyası da bu qəbildəndir."

 

İnşa zamanı Finlandiyanın «Wartsila" şirkətinin W20V50SG tipli 21 mühərrik - müasir avadanlığı istifadə olunacaq.

 

“Həmin mühərriklər məhz təbii qazla çalışacaq, bu da onların istifadəsini mühüm dərəcədə sadələşdirəcək. Bundan başqa, yeni stansiyanın soyuducu sistemi qapalı tipli olacaq, bu da qənaət nöqteyi-nəzərindən səmərəlidir. Atmosferə qaz tulantıları xüsusi filtrlərdən keçəcək. Azərbaycan Qaz Emalı Zavodundan müqavilə əsasında alınan təmizlənmiş qaz ətraf mühitə zərər verməyəcək”, - ASC-dən qeyd ediblər.

 

Yeni stansiyada 90-100 nəfər çalışacaq.

31.07.2017 15:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ