Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mağazanın girişində vurulan reklamlara görə rüsum ödəniləcək?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mağazanın girişində vurulan reklamlara görə rüsum ödəniləcək?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yaradılır.

 

Agentlik avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcıları-nın yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

 

“Marja” xəbər verir ki, bu gündən açıq məkanda reklam yerləşdirmək istəyənlər Agentlikdən icazə almalı olacaqlar.

 

Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi üçün 5 manatdan 10 manatadək dövlət rüsumu ödəniləcəkdir. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə Dövlət Reklam Agentliyinin (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödənilir.

 

“Marja” xəbər verir ki, sahibkarlar xidmət, ticarət və ya digər obyektinin giriş hissəsində vurduqları lövhələrə görə rüsum ödəyib ödəməyəcəkləri ilə maraqlanırlar.

 

“Reklam haqqında” qanuna görə, açıq məkanda reklam - avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində (açıq məkanda) olan reklam daşıyıcıları üzərində yerləşdirilən reklamdır.

 

OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR

 

Reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri hesab olunur.

 

Qanunun 26-cı maddəsində qeyd olunur ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir. Qısası, mağazanızın girişinə istədiyiniz şəkildə və sayda reklamınızı vura bilərsiniz.

 

Mövzu barədə daha ətraflı:

 

 http://marja.az/news/10959

 

http://marja.az/news/10961

 

http://marja.az/news/10967

 

 

01.08.2017 05:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ