Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Büdcədə inşaata nəzərdə tutulmuş vəsaitin 28%-i istifadə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcədə inşaata nəzərdə tutulmuş vəsaitin 28%-i istifadə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məhsul istehsalı və xidmət obyektlərinin, yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların, məktəbəqədər təhsil müəssisələrinin və digər obyektlərin tikilib istifadəyə verilməsi, habelə mövcud tikinti və obyektlərin bərpa edilməsi məqsədilə 2017-ci ildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün 2731,3 milyon manat dəyərində vəsait nəzərdə tutulmuşdur. 

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin altı ayında həmin vəsaitin 771,5 milyon manatından və ya 28,2 faizindən istifadə edilmişdir. 

 

İnşası həyata keçirilən tikili və obyektlər üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmiş vəsait istifadə edilmiş ümumi vəsaitin 83,7 faizini təşkil edərək 645,6 milyon manat olmuşdur.

 

İstifadə edilmiş vəsaitin 83,5 faizi İqtisadiyyat, Müdafiə Sənayesi, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, “Azəravtoyol”, “Azərişıq”, “Azərsu”, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin payına düşmüşdür.

01.08.2017 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ