Bakı Fond Birjasından “Xalq Kapital" qərarı

Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında üzvlüyü bərpa olunmuşdur.

 

31 iyul 2017-cı il tarixində “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununa və Bakı Fond Birjasının (BFB) “Üzvlük Qaydaları”na uyğunlaşdırıldığı üçün, BFB-nin Üzvlük Komissiyasının qərarı ilə birja üzvlüyü bərpa olunmuşdur. Bu barədə "Marja"ya Birjadan bildirilib.


"Məlumat üçün bildiririk ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 09 iyun 2017-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir",- Birjanın məlumatında deyilir.


Hazırda BFB-nin “Xalq Kapital İnvestisiya Şirkəti” QSC də daxil olmaqla 7 üzvü var.

1 Avqust 2017, 12:06   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin