Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Google duzla dünyanı dəyişdirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Google duzla dünyanı dəyişdirəcək

"Google"ın ana şirkəti "Alphabet", kod adı "Malta" olan nəhəng bir layihə üzərində çalışır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Dünyanı dəyişəcəyi iddia edilən bu yeni texnologiya, avtonom avtomobil  layihəsi üçün qurulan X Laboratoriyasında kəşf olunub.

 

Bərpa olunan enerjini yığmağı təmin edəcək bu yeni texnologiya üçün istifadə ediləcək materiallar isə olduqca maraqlıdır. Duz və antifriz istifadə edilərək litium ion batareyalardan daha uzun və daha ucuz şəkildə enerji toplanacaq. Beləliklə, enerji israfının da qarşısı alınacaqdır. X Laboratoriyana rəhbərlik edən Obi Felten bildirib ki, Simens, ABB və General Electric ilə birgə işləyəcəklər.
 


 GECƏ TƏLƏB DÜŞÜR


 
Mütəxəssislərin proqnozlarına görə, hazırda üzərində çalışılan layihə 2024-cü ildə 40 milyard dollarlıq bir bazara çevriləcək. Hazırda ildə 790 meqavat enerji toplanır. Yeddi il ərzində bu rəqəmin 45 gigavata çatacağı ehtimal edilir. Hazırda mövcud olan sistemlər gündüzlər bərpa olunan enerji mənbələrindən alınmış elektrik enerjisini yığrlar, lakin gecə tələbat az olduğu üçün enerjinin çoxu itirilir. Təkcə Kaliforniyada saxlana bilinməməsi səbəbindən günəş və külək stansiyalarındakı 300 min meqavatlıq enerji boşa gedir. Bu miqdar on minlərlə evin elektrik enerjisini təmin edəcək böyüklükdədir. Almaniyada külək enerjisinin 4%-i boşa gedərkən, bu rəqəm Çində17%-ə qədər çıxır.


 
 NƏHƏNG QURĞULARIN YANINA QURULACAQ


 
Böyük sənaye müəssisələrinin, stansiyaların və data mərkəzlərinin yanına qurula bilinəcək sistem, siloslara duz və antifriz və ya nağd karbohidrogen doldurularaq hazırlanır. Daha sonra soyuduculardakı sistemə bənzər bir şəkildə elektriki içəri qəbul edərək isti və soyuq hava istehsal edir. Duzu qızdırıb, havanı da antifrizlə soyudur.

01.08.2017 12:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ