İpoteka Fondu 5,4 milyon manat qazanıb

2016-cı il yanvarın 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) aktivləri 641 mln. 59,645 min manat təşkil edir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 10,1% çoxdur.

Bu barədə AİF-in saytında dərc edilmiş Beynəlxalq Maliyyə HesabatıStandartlarına (BMHS-lar) uyğun maliyyə hesabatında qeyd olunur.

Cari ilin əvvəlinə AİF-in kredit portfeli 476 mln. 81,984 min manata (2015-ci il ərzində artım 16,8%), banklarda yerləşdirilmiş depozitlərin həcmi 30 mln. 217,573 min manata (azalma 26%) bərabərdir. Qalan məbləğ aktivlərin digər növlərinin payına düşür.

2016-cı il yanvarın 1-nə fondun öhdəlikləri 349 mln. 980,094 min manat (artım 1,05%), buraxılmış qiymətli kağızlar 343 mln. 680,874 min manat (artım 1,2%) təşkil edir.

Fondun kapitalı 291 mln. 79,596 min manata (artım 23,5%), həmçinin dövlət büdcəsindən ayrılan vəsait 266 mln. manata (artım 23,2%), bölüşdürülməmiş xalis mənfəət 25 mln. 79,596 min manata (artım 27,4%) bərabərdir.

2015-ci il ərzində AİF-in vergi ödənilənədək mənfəəti 5 mln. 399,77 min manat (artım 19,4%) təşkil edib.

Mənbə: İnterfaks-Azərbaycan

10 Dekabr 2016 , 12:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin