Ən yuxarı statik reklam-3_3

Gömrük Bəyannaməsi Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük Bəyannaməsi Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nda daha öncə test olaraq fəaliyyət göstərən elektron gömrük bəyannamələrinin doldurulması real vaxt rejimində həyata keçirilməyə başlayıb.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, bunun üçün ixracatçı ASAN imza və ya elektron imza ilə Rəqəmsal Ticarət Qovşağının saytından (https://dth.azexport.az/) daxil olaraq elektron gömrük bəyannaməsini doldura bilər.

 

Rəqəmsal Ticarət Qovşağının üstünlüyü ondan ibarətdir ki, bütün xidmətlər “Bir pəncərə”dən təqdim olunur. Azexport portalının nəzdində olan “Bir pəncərə” Azərbaycan sahibkarları ilə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar bir pəncərə əsasında e-İxracın imkanlarından yararlanacaqlar.

 

Hazırda e-İxraca inteqrasiya olunan dövlət orqanları real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. e-İxrac aşağıdakı sertifikatların verilməsini təmin edir: beynəlxalq baytarlıq sertifikatı, fitosanitar sertifikat, keyfiyyət sertifikatı, mənşə sertifikatı,kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi.

 

Eyni zamanda, ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi də portal vasitəsilə həyata keçirildiyi üçün gələcəkdə bu hesablaşmaların aparılması asanlaşacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanı əsasında yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

01.08.2017 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ