Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünyanın ən varlı adamı, əslində o imiş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlı adamı, əslində o imiş

Rusiya Prezidenti Vladimir Putinin şəxsi sərvəti ilə bağlı maraqlı bir iddia ortaya atılıb.


 
"Marja" xəbər verir ki, ABŞ-ın "The Atlantic" saytının xəbərinə görə, ötən həftə ABŞ Konqresində ifadə  və ciddi bəyanatlar verən "Hermitage Capital Management"ın İcraçı direktoru Bill Browder dünyanın ən varlı insanının 200 milyard dollarlıq sərvəti ilə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib.

Reklam_3_11


 
Browder, yalan danışmağın böyük bir cinayət olaraq qəbul edildiyi ABŞ Konqresinə verdiyi ifadəsində Putinin 200 milyard dollarlıq sərvətinin olduğunu deyib.


 
 "PULUNU QƏRB BANKLARINDA SAXLAYIR"


 
Rusiyaya tətbiq olunacaq sanksiya qərarı öncəsi parlamentdə ifadə edən Browder, "Putin pulunu qərb banklarında saxlayır. Sərvətinin hər an dondurulması riski də var" deyə qeyd edib.

 

Browder Putinin əmrində 10 min şəxsi heyətin olduğunu və bu şəxsi heyətin pul yumaqdan adam qaçırmağa qədər bir çox qeyri-qanuni fəaliyyəti həyata keçirdiyini bildirib. Putinin rəsmi olaraq açıqlanan illik maaşı 120 min dollar səviyyəsindədir.


 
 ANA FƏHLƏ, ATA HƏRBİÇİ


 
"Celebritynetworth" adlı internet saytının xəbərinə görə isə, Putinin 70 milyard dollarlıq gizli sərvəti var. Putin ailədən varlı biri də deyil. Vladimir Putinin anası bir fabrik fəhləsi, atası isə hərbiçi idi.

 

Qeyd edək ki, Forbes-in Milyaderlər siyahısına görə, dünyanın ən varlı adamı təxminən 90 milyard dolar sərvəti olan Bill Qeyts hesab olunur. 

01.08.2017 16:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ