Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Apple-dan gözləniləndən yaxşı nəticələr - iPhone və iPad satışları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-dan gözləniləndən yaxşı nəticələr - iPhone və iPad satışları artıb

Apple gözləniləndən daha yaxşı mənfət və gəlir açıqlayıb


 
Texnologiya nəhəngi Apple, bu ilin Aprel-İyun dövründə gəlirinin və xalis mənfəətinin ötən ilin eyni dövrünə nisbətən artdığını açıqlayıb.

Reklam_3_11


 
"Marja" Apple-dən verilən açıqlamaya istinadən xəbər verir ki, bu ilin Aprel-İyun dövrünü balansında üçüncü rüb olaraq qəbul edən şirkətin gəlirləri keçən ilin eyni dövrünə nisbətən 7.1 faiz artaraq 45.4 milyard dollara yüksəlib.

 

Apple-ın ümumi gəlirinin 61%-inin beynəlxalq satışlardan əldə edildiyi bildirilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 42.4 milyard dollar gəlir əldə etmişdi. Analitiklər şirkətin gəlirlərinin 44.95 milyard dollar səviyyəsində olacağını gözləyirdilər.


 
 Açıqlamada, şirkətin xalis mənfəətinin də ötən ilin aprel-iyun dövründə 7.8 milyard dollardan bu ilin eyni dövründə 8.7 milyard dollara yüksələrək 11.5 faiz artım göstərdiyi məlumatına yer verilib. Şirkətin bir səhmə düşən xalis mənfəəti 1.42 dollardan 1.67 dollara qalxıb. Analitiklər bir səhmən 1.57 dollar mənfəət gözləyirdilər.


 
 iPHONE VƏ iPAD SATIŞLARI ARTIB


 
Həmçinin, açıqlamada, Apple-ın iPhone ağıllı telefon, iPad planşet və Mac kompüter satışlarının da ildən ilə artdığı bildirilib.


 
Belə ki, sözügedən dövrdə, iPhone satışları 1.5 faiz artaraq 41 milyon 26 minə, iPad satışları da 14.8 faiz yüksələrək 11 milyon 424 minə çatıb. Mac satışları da 0.9 faiz artaraq 4 milyon 292 min ədədə yüksəlib. Analitiklər iPhone satışlarının 41 milyon ədəd səviyyəsinə çıxacağının açıqlanacağını gözləyirdilər.


 
Şirkətin AppleCare və ApplePay  kimi xidmətlərdən əldə etdiyi gəlir bu dövrdə 21.6 faiz artımla 7.27 milyard dollara çıxıb, Apple TV və Apple Watch kimi məhsullardan əldə edilən gəlir də 23 faiz artaraq 2.73 milyard dollara çatıb.


 
PROQNOZLAR
 

Apple maliyyə ilin 4-ci rübündə 49 milyard dollar ilə 52 milyard dollar arası gəlir əldə edəcəyi proqnozunu verib. Bloomberg-in proqnozuna görə, satışların 49.12 milyard dollar səviyyəsində reallaşması gözlənilir. 


 
Apple-ın  gəlirinin və xalis mənfəətinin bazar proqnozundan yüksək olması ilə Nyu-york Birjasının bağlanmasının ardından aparılmış məhdud əməliyyatlarda şirkətin səhmləri dəyər qazanıb.


 
Günü 150.05 dollardan bağlayan Apple səhmləri, şirkətin balansını açıqlamasının ardından 6 faiz bahalaşma ilə 159.01 dollara qədər qalxıb.


 
 Analitiklər, Apple-ın səhm qiymətindəki artımın bu gün davam edəcəyini qeyd ediblər.

02.08.2017 05:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ