Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İsveçrənin qatar istehsalçısı ümidini Azərbaycana bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçrənin qatar istehsalçısı ümidini Azərbaycana bağlayıb

İsveçrənin qatar istehsalı sahəsində ixtisaslaşmış "Stadler" şirkətinin Belarusdakı nümayəndəliyi Gürcüstan və Azərbaycanda yeni alıcılar axtarır.


Belarus mətbuatı xəbər verir ki, "Stadler - Minsk" Rusiyanın "Aeroekspress" şirkətinə sata bilmədiyi 4 qatar üçün iki ölkəni alıcı qismində nəzərdən keçirir. 

Reklam_3_11


Şirkətin direktoru Filipp Brunner bildirib ki, Rusiya rublunun dəyərdən düşməsi "Aeroekspress"i sifarişini nəzərə çarpacaq dərəcədə azaltmağa vadar edib:

 

"Aeroekspress"ə 11 ədəd ikimərtəbəli qatar tədarük edilib. Bu, 44 vaqon olmaqla, 4 və 6 vaqon heyətindən ibarət nəqliyyat vasitələridir. 9-u ədədi Belarusda yığılan qatarlar Rusiyada artıq sertifikasiyadan keçib. Daha 4 ədədi isə Fanipolda zavodda qalıb. Hazırda onlar üçün alıcı axtarırıq. Ümid edirik ki, qatarlar Azərbaycan və ya Gürcüstanın diqqətini çəkə bilərlər. Çünki bu ölkələrdə qeyd edilən nəqliyyat vasitələrinin xüsusiyyətlərinə bənzər ikimərtəbəli qatarlar istismar olunur. Bu, ən əlverişli variant ola bilərdi". 


Xatırladaq ki, "Stadler - Minsk" və "Aeroekspress" 2014-cü ildə dəyəri 381 mln. avro həcmində 25 qatarın (118 vaqonluq) alınmasına dair müqavilə imzalayıb. 

 

© Report

02.08.2017 08:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ