Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankın işçiləri etiraz aksiyası keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın işçiləri etiraz aksiyası keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İngiltərə Mərkəzi Bankının (BoE) əməkdaşları, bank rəhbərliyi ilə maaşların artırılmasına dair danışıqların nəticəsiz qalmasından sonra bu gündən etibarən üç günlük tətilə başlayıblar.


 
"Marja" xəbər verir ki, İngiltərənin həmkarlar ittifaqı "Unite"dən verilən açıqlamada, BoE işçilərinə təklif edilən 1 faiz səviyyəsində maaş artımı illik inflyasiya nisbətindən aşağıdır. Bu səbəbdən 2 Avqustdan etibarən üç günlük tətilə getmək qərarı verilib.


 
Açıqlamada, Bankın işçilərinə həmkarlar ittifaqının razılığını almadan təklif etdiyi maaş artımının "gülünc" olduğu bildirilib.


 
Aralarında təhlükəsizlik, təmizlik və  resepşın xidmətlərini görən işçilərin də olduğu bir qrup günortan saatlarında bankın yerləşdiyi Londonun maliyyə mərkəzi "The City of London"da toplaşaraq bankın pul siyasətinə etiraz ediblər.


 
BoE-dən məsələ ilə bağlı verilən açıqlamada isə bankın xidmətlərinin mənfi təsir görməməsi üçün lazımi tədbirlərin görüldüyü,  həmkarlar ittifaqları "Unite" ilə məsələyə dair danışıqların davam etdirilməsi üçün hazır olunduğu qeyd edilib.


 
 İngiltərədə keçən ay illik inflyasiya 2,6 faiz səviyyəsində olmuşdu.

02.08.2017 11:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ