Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İş adamı pulunu moruq istixanalarına yatırır, payızda məhsul yığacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamı pulunu moruq istixanalarına yatırır, payızda məhsul yığacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsmayıllı rayonunun Diyallı kəndində iş adamı Aqşin Ağayev tərəfindən 4,4 hektar ərazidə istixana təsərrüfatı yaradılır. Artıq ərazinin 1 hektarında 50 istixana qurulub və burada sənaye üsulu ilə moruğun 6 növü yetişdirilir.

 

İstixanalarda istilik enerjisindən istifadə olunmur, sadəcə üzəri polietilen örtüklə örtülüb. Əkin materialı İngiltərədən, əkində istifadə olunan kokobit isə Hindistandan gətirilib.

 

Hazırda bütün istixanalarda iş tamamlanıb. Belə ki, əkin aparılıb, suvarma sistemləri quraşdırılıb. İlk məhsulun oktyabr-noyabr aylarında əldə olunması gözlənilir. İstehsal edilən moruğun daxili bazarlarda satılması planlaşdırılır.

 

İstixanalarda payızda böyürtkənin xüsusi növünün də əkilməsinə hazırlıq işləri aparılır.

 

© Azərtac

02.08.2017 11:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ