“Lenovo” “Moto G5S” və “G5S Plus” smartfonlarını təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Lenovo” “Moto G5S” və “G5S Plus” smartfonlarını təqdim edib

"Motorola" brendinə sahib olan "Lenovo" şirkəti "Moto G5S" və "G5S Plus" smartfonlarını rəsmən təqdim edib.

 

 “life.ru” saytı xəbər verir ki, "Moto G5S" smartfonu "Full HD" təsvir ölçülü 5,2 düymlük ekran, 1,4 QHs takt tezlikli səkkiz nüvəli "Qualcomm Snapdragon 430" prosessoru ilə təchiz edilib. Qurğu 3 giqabayt əməli və 32 giqabayt daxili yaddaşa malikdir, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Bundan başqa, aparat 16 meqapiksellik əsas və 8 meqapiksellik ön kamera ilə təchiz edilib.

 

"Moto G5S Plus" smartfonu isə "Full HD" təsvir ölçülü 5,5 düymlük ekran, 2 QHs takt tezlikli səkkiz nüvəli "Qualcomm Snapdragon 625" prosessoru, ikiqat 13 meqapiksellik fotomodul və 8 meqapiksellik ön kamera ilə təchiz edilib. Smartfon 3/4 giqabayt əməli yaddaş, 32/64 giqabayt daxili daşıyıcıya malikdir. Bundan başqa, qurğu "TurboPower" texnologiyası üzrə sürətli enerjidoldurma imkanına malik 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

Hər iki smartfon alüminium korpusa malikdir və barmaq izləri skaneri ilə təchiz edilib. Aparatlar "Android 7.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bu ay satışa çıxarılacaq "Moto G5S" və "Moto G5S Plus" smartfonlarının qiyməti müvafiq olaraq 249 və 299 dollar təşkil edir.

 

© Azərtac

02.08.2017 13:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ