Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro dollar qarşısında "məşğulluq" öncəsi bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro dollar qarşısında "məşğulluq" öncəsi bahalaşıb

Cümə günü ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır.   İnvestorlar göstərici açıqlanmadan öncə Dollarda uzun mövqeləri azaltmağa davam edirlər, Yəni Dollar satıb, Avro alırlar. Nəticədə də, Avro Dollar qarşısında yenidən bahalaşır.


 
Bundan öncə Avro/dollar məzənnəsi 2015-ci ilin Yanvar ayından bu yana ən yüksək səviyyə olan 1.1868-ə çıxmışdı. Avropalı bir treyderə görə,  Avro/dollar məzənnəsindəki artım  1.1870 səviyyəsinə yaxınlaşan zaman satışlar baş tutur.   Avropadakı yay tətillərinə görə də əməliyyat həcmi aşağı düşüb. Qrafiklərə baxanda, müqavimət nöqtəsinin, 12 Yanvar 2015-dəki yüksək səviyyə olan 1.1871 olduğu görünür.


 
"Bank of America Merrill Lynch"ın, dolların bahalaşması üçün yer olmasına baxmayaraq, hedc fondlarının ABŞ valyutasında yenidən satışa qayıtmaları ilə dolların ucuz qalacağını düşünür. Bankın G-10 pulları üzrə analitiki Athanasios Vamvakidis, bankın əksər müştərisinin, ilin böyük bir hissəsində dollar satışında olduğunu və dolların İyul ayında institusional investorlardan aldığı dəstəyi itirdiyini bildirib.


 
Avro/dollar məzənnəsi, Bakı vaxtı ilə saat 14:00-da 0.28 faiz yüksəlib və 1.1835 səviyyəsindən əməliyyat olunub.

02.08.2017 14:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ