Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları azaldı, qiymətlər yüksəlişə keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azaldı, qiymətlər yüksəlişə keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 ABŞ-da kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 1,5 milyon barrel azalıb.
 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,5 milyon barrel (0,3 faiz) azalaraq 481,9 milyon barrelə gerilədiyini açıqlayıb.


 
Bazar gözləntisi, ehtiyatların 3 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 7,2 milyon barrel azalma qeyd etmişdi.


 
Beləliklə, ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları son 17 həftənin 14-ündə geriləmişdir.


 
Komersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə dəyişməyib və 678,9 milyon barel səviyyəsində sabit qalıb.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 2,5 milyon barel (1,1 faiz) azalaraq 227,7 milyon barelə enib. Fakta münasibətin bazar gözləntisi 0,6 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barel azalmışdı.


 

Ölkənin xam neft idxalı sözügedən həftə, əvvəlki həftəyə nisbətən, gündəlik orta hesabla 209 min barel artımla 8,25 milyon barelə çatarkən, xam neft ixracı isə gündəlik orta hesabla 328 min barrel azalma ilə 702 milyon barrelə enib.


 
ABŞ-ın xam neft ehtiyatlarının azalmasının açıqlanmasının qlobal bazarda neftin qiymətlərində artım görülüb.


 
EIA göstəricilərinin açıqlanmasından sonra ABŞ-ın Qərbi Texas tipli xam neftin barrel qiyməti 49,36 dollara, London Brent növü neftin barrel qiyməti də 52,15 dollara qalxıb. Brent nefti 0,7% bahalaşıb. 

02.08.2017 18:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ