Azərbaycanın onlayn tibb portalı Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırır
“Həkim Tap” tibb sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət artıq Azərbaycan, Gürcüstan, Pakistan, Qazaxıstan və Ukraynada fəaliyyət göstərir, ilin sonuna kimi isə daha on ölkədə fəaliyyətə başlamağı nəzərdə tutur. Gələcəkdə Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırırıq. “Həkim Tap” həm də artıq Azərbaycanın ən geniş onlayn tibb portalıdır və bizim xidmətlərimizdən hər gün on minlərlə insan faydalanır. İstər peşəkar tibb işçiləri, istərsə də adi istifadəçilər www.hekimtap.az linkinə daxil olaraq axtardıqları məlumatları rahatlıqla əldə edə bilərlər.
Bu sözləri şirkətin Azərbaycandakı rəhbəri Rüfət Həsənzadə bildirib.
Onun sözlərinə görə istifadəçilər burada müxtəlif kriteriyalara görə həkim seçimi edə bilərlər. Həkim axtarışı məkana, təcrübəyə, elmi məqalə və ya təklif edilən aksiyalara görə həyata keçirilir.
“Bu beynəlxalq layihə olduğu üçün gələcəkdə bir sıra beynəlxalq konqreslər və təhsillə bağlı böyük tədbirlərin də keçirilməsini nəzərdə tuturuq” – deyə R.Həsənzadə əlavə edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl