Azərbaycanda daha bir mötəbər beynəlxalq tədbir keçiriləcək
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-10 avqustda Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu və 14-18 avqustda isə Bakıda 41-ci Dünya Skaut Konfransı baş tutacaq.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı Avrasiya zonasında keçirilən ən böyük Skaut tədbiri olacaq. Bu barədə “Marja”ya Azərbaycan Skautlar Assosiasiyasından bildirilib.
Dünya Skautlar Təşkilatının rəhbər şəxsləri və üzvlərinin iştirak edəcəyi konfransda 157 ölkədən 1500 skautun, iştirakçı ölkələrdən yüksək vəzifəli dövlət nümayəndələri və ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Qəbələdə keçiriləcək 13-cü Dünya Skaut Gənclər Forumunda gənclərin liderliyi, aktiv vətəndaş mövqeyi, skaut hərəkatının dünyada gedən qlobal dəyişikliklərə təsiri və gənclərlə bağlı iştirakçı ölkələr arasında proqram mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunacaq.
41-ci Dünya Skaut Konfransı Bakı Konqres mərkəzində və Heydər Əliyev mərkəzində keçiriləcək. Əsas müzakirə mövzusu isə skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və növbəti illər üçün təşkilatın sədrinin və rəhbər heyətə seçkilərin keçirilməsi olacaq.
Tədbirin rəsmi saytında http://wsc2017.az/ sizə maraqlı istənilən suala cavab tapa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
17 d. əvvəl
“Recent Group” və “Area Alfa Group” şirkətlərinin rəhbərəri barəsində cinayət işi başladı
-
39 d. əvvəl
"Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"
-
52 d. əvvəl
“PSG-Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
-
55 d. əvvəl
İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib
-
59 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib
-
1 saat əvvəl
"Baytarlıq preparatları insan sağlamlığına da dolayı yolla risk təşkil edir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib