Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni ilin ilk gününə olan hava proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni ilin ilk gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

 

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 3-5° isti, gündüz  7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət  gecə 80-90%, gündüz 60-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 1-də arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. 

31.12.2016 11:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ