Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank növbəti hərracı elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank növbəti hərracı elan etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək.

 

“Marja” xəbər verir ki, 7 avqust 2017-ci il tarixində keçiriləcək hərrac ilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 14 gün,  faiz dərəcəsi  10,01% – 14,99% aralığında müəyyən olunub.

 

Xəbər cverdiyimiz kimi, 31.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 369,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

 

Qeyd edək ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu həcmdə də cəlb etmişdir.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

04.08.2017 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ