Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"SOCAR “Petkim” kimi yeni bir zavod qurmaq istəyir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SOCAR “Petkim” kimi yeni bir zavod qurmaq istəyir"

SOCAR “Petkim” neft-kimya holdinqi kimi yeni bir zavod qurmaq istəyir.

 

“aliagaekspres.com.tr” xəbər verir ki, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

 

“Hazırda Türkiyə 11 milyard dollarlıq neft-kimya məhsulları idxal edir. İzmirdə “Petkim” neft-kimya holdinqi kimi yeni bir zavod qurmaq istəyirik. Bunun üçün investisiya özəl sektor tərəfindən təmin ediləcək, biz isə ərazini ayıracağıq. Türkiyənin neft-kimya sektorunda ciddi kəsir var. Hazırda SOCAR tərəfində İzmirin Əliağa rayonunda “Star” neft emalı zavodu qurulur. Bazarın daxili tələbatı illik istehsal gücü 3,5 ton olan “Petkim”dən 4 dəfə çoxdur. “Chemport” adlı yerli şirkət yeni qurulacaq zavodun texniki-iqtisadi əsaslandırmasını hazırlayıb və bizə təqdim edib. SOCAR isə yeni bir “Petkim” qurmaq istəyir”, - deyə nazir əlavə edib.

 

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.

 

© Azərtac

04.08.2017 09:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ