İDEAL-ın Baş direktoru istefa verib

 İDEAL parfum və kosmetika mağazaları şəbəkəsinin rəhbərliyində dəyişiklik baş verib.


Şirkətin həmtəsisçisi və Baş Direktoru vəzifəsini icra edən İsmayılov İlqar İsmayıl oğlu 31 dekabr 2016-cı ildən etibarən Şirkətin Baş Direktoru vəzifəsindən istefa vermişdir.


"Yaxın günlərdə şirkətin Baş Direktoru vəzifəsinə müvəqqəti təyinatla bağlı açıqlama veriləcəkdir.18 ildir şirkətə uğurla rəhbərlik edən İlqar İsmayılovun şirkətin bazarda lider mövqeyi olmasında əvəzsiz xidmətləri olmuşdur. İDEAL şirkəti adından İlqar İsmayılova sonrakı işlərində uğurlar arzu edirik",- Şirkətin açıqlamasında deyilir.


Qeyd edək ki, İlqar İsmayılov İDEAL parfum və kosmetika mağazaları şəbəkəsinin həmtəsisçisi olaraq fəaliyyətini davam etdirəcəkdir.

 

 İsmayılov qərarı barədə bildirib:

 

“Sevimli “İdeal” ailəsi, əziz və dəyərli dostlarım! Yeni ilinizi təbrik edirəm. Sizi tanıdığıma, 18 il boyunca sizlə birlikdə çalışdığıma görə Allaha çox şükürlər edirəm.

 

Əzizlərim, doğmalarım! Sizlərlə bir qərarımı bölüşmək istəyirəm, yazmağı belə ağır olsa da. Qısa 1 zaman kəsiyində “İdeal” şirkətinin baş direktoru vəzifəsindən istefa vermək qərarını verdim. Səbəblər müxtəlifdir, ən əsası-mənəvi dəyərlərimi qorumaq vacibiyyətindən qaynaqlanır.

 

Qərarımı anlayışla qarşılayacağınıza ümid edirəm, məni qınamayın. Şirkətimizin sektorda lider qalması üçün, 504 nəfər ailə üzvümüzün maddi və mənəvi haqlarının qorunması üçün əlimdən gələni əsirgəmədiyimə qətiyyən şübhəniz olmasın. Sizi çox sevirəm, şəxsim üçün olduqca dəyərlisiz!”

1 Yanvar 2017 , 20:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin