Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rekord qıran Avro dönüş nöqtəsində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rekord qıran Avro dönüş nöqtəsində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dolar qarşısında ardıcıl rekord yeniləyən Avro, bu gün ABŞ-da məşğulluq göstəricilərinin açıqlanması ilə imtahana girəcək.
 

"Marja" xəbər verir ki, ABŞ-da İyul ayı kənd təsərrüfatı xaric məşğulluq hesabatı və işsizlik nisbəti bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.


 
Göstəricilər, bütün aktiv qiymətləri üçün diqqətlə təqib edilir, ən çox da Avro/dollar üçün kritik hesab olunur

 
İyun ayındakı faiz artırımından sonra Fed rəsmilərinin ehtiyatlı açıqlamaları davam edir. Buna Avropa Mərkəzi Bankı (ECB) tərəfində sədr Mario Draghi-nin də şahinləşən ifadələri əlavə olunduqda 1,5 ay ərzində 600 pips yüksələrək 1,19-a qədər yüksələn Avro/dolların zəif çıxan məşğulluq göstəricisi ilə 1,20 psixoloji müqavimətini qıra biləcəyi qeyd olunur. Əgər ABŞ-da məşğulluq göstəriciləri güclü çıxarsa məzənnə aşağı doğru istiqamət ala bilər.


 
 32 AY SONRA BİR İLK BAŞ VERƏ BİLƏR

 


 Əgər məzənnə 1,20-ni keçsə bu 32 ay sonra bir ilk olacaq.  

 

BAZAR NƏYƏ BAXACAQ?
 


Bəs, bazar Avronun taleyini müəyyənləşdirəcək məlumatda nəyə baxacaq?
 
 
 Kənd təsərrüfatı xaric məşğulluq İyunda 222 min nəfər artmışdır. İşsizlik nisbəti isə 4,4 faiz olmuşdu.


 
İyulda məşğulluğun 183 min nəfər artacağı və işsizlik nisbətinin 4,3-ə düşəcəyi gözlənilir.

 

Kənd təsərrüfatı xaric məşğulluq hesabatında qarşıya çıxan ən mühüm rəqəm maaş artımı olacaqdır. Maaşlar əvvəlki ay  0,2%-də armışdı və bu ay üçün proqnoz 0,3%-dir.


 
Yavaş bir maaş artımının gələcək aylara dair faiz artırımı gözləntilərini məhdudlaşdıracağı bildirilir. Ancaq iqtisadçılar,  ümumi ABŞ iqtisadiyyatının tam məşğulluğa yaxın olduğunu və bunun da maaşların artmasını təmin edəcəyini bildirirlər. 
 

04.08.2017 13:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ