Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda yeni ipək kombinatı yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni ipək kombinatı yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yeni ipək kombinatı yaradılacaq. Bunu prezident İlham Əliyev avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

 

Reklam_3_11

"Prezident İ.Əliyev damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi", - deyə dövlət başçısının saytında məlumat verilir.

 

İ.Əliyevin sözlərinə görə, hazırda 30 rayonda barama istehsal olunur.

 

“Gələn il 500 ton barama tədarükü gözlənilir. 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılması mümkündür, bu sahədə dövlət dəstəyi davam edəcək, növbəti mərhələdə 8 milyon tut tingi əkiləcək və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılması planlaşdırılır”, - deyə dövlət başçısı qeyd edib

 

Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçalar üçün ipliyin istehsalına başlanacaq.

 

İ.Əliyev bildirib ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. 

04.08.2017 13:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ