Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda təhsil haqqı aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda təhsil haqqı aşağı salındı

Azərbaycanda ilk peşə-ixtisas müəssisələri üçün təhsil haqqı aşağı salınıb.

 

Reklam_3_11

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.

 

Onun sözlərinə görə, ötən il ixtisasdan asılı olaraq, minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir.

 

A.Əlili deyib ki, bu il ilk peşə ixtisas müəssisələrinə qəbul üçün sənəd verənlərin sayı bu sahəyə marağın daha yüksək səviyyədə olduğunu göstərir.

 

Şöbə müdiri əlavə edib ki, avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Artıq 2000-dən çox qeydiyyatdan keçən var.

 

A.Əlili deyib ki, qəbul prosesində 14-ü peşə təhsil mərkəzləri, 1-i tədris mərkəzi olmaqla bütün peşə liseyləri və peşə məktəbləri iştirak edir. Bu il Qəbələdə peşə məktəbi və turizm otelçilik üzrə tədris mərkəzinin bazasında yaradılan, müasir standartlara uyğun Qəbələ Peşə Təhsil Mərkəzinin ixisaslarına qəbul aparılır. Mərkəzin növbəti tədris ilindən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Qəbul olunanlar yeni təhsil ilindən orada təhsil ala biləcəklər.

 

© Trend

04.08.2017 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ