Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar ilə bağlı kritik məlumatlar açıqlandı - Yenilənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ilə bağlı kritik məlumatlar açıqlandı - Yenilənib

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, İyul ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 209 min məşğulluq yaradıb. Məşğulluqda artımın 183 min olacağı gözlənirdi. Məşğulluğun İyunda 222 min artdığı açıqlanmışdı. Beləliklə artım proqnozu üstələyib.

 

İyulda ABŞ-da işsizlik göstəricisi 4,3%-ə düşüb. İqtisadçılar da işsizliyin 4,3% olacağını gözləyirdilər. İyulda ABŞ-da işsizlik 4,4% təşkil etmişdi.

 

Orta saatlıq maaş aylıq 0.3% ilə proqnoza (0,3%) paralel artarkən, illik artım 2.5% olub. Gözlənti illik 2.4% artım idi. 

 

Əmək ehtiyatlarına qatılma nisbəti 62.8%-dən 62.9%-ə yüksəlib. İşçi qüvvəsi (əmək ehtiyatları) işləyənlərin və işzilərin cəmidir. Əmək ehtiyatlarının cəminin əhaliyə nisbəti (xüsusi çəkisi) əmək ehtiyatlarına qatılma nisbətini göstərir.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

İyun ayına dair kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 222 mindən 231 minə, May göstəricisi isə 152 mindən 145 minə dəyişdirilib. Emal, təhsil və səhiyyə sektorunda işə qəbullar 5 ayın zirvəsinə yüksəlib.

 

DOLLAR BAHALAŞDI

 

ABŞ-da məşğulluğun proqnozdan çox artması Dolları bahalaşdırıb. Bakı vaxtı ilə saat 19:10-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1 %-ə yaxın düşərək 1.1759 səviyyəsinədək enib.

 

Bu gün açıqlanan rəqəmlərin, Fed-in pul siyasətinə təsir edə biləcəyi qeyd olunur. Fed rəsmiləri 4.5 trilyon dollara çatan balansı azaltmağa başlayacaqları və bu il bir dəfə faiz artıracaqlarının siqnalını vermişdilər.

 

Ötən 6 ayda ortalama məşğulluq rəqəmi 179 min olub, bu da 2016-dakı 187 minlik orta rəqəmdən aşağıdır.. 

04.08.2017 14:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ