Ən yuxarı statik reklam-3_3

“Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə, “Nar” Turbo paketlərində interneti limitsiz etdi. İndi Turbo XS, Turbo S və Turbo M paketlərini əldə edən abunəçilər ölkənin hər yerində yüksək sürətli “Nar” internetindən yararlana bilər.

 

Paket çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər internet bağlantısı kəsilmir.

 

Turbo XS (60 Mb), Turbo S (200 Mb) və Turbo M (600 Mb) paketlərindən yararlanmaq üçün +XS, +S və ya +M yazaraq 777 nömrəsinə SMS göndərmək lazımdır. Paketlərin dəyəri müvafiq olaraq 1, 2 və 3 AZN təşkil edir.

 

Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi bütün paketlərdə internet limitsiz olduğuna görə, paketin həcmi bitdikdən sonra, istifadə müddətinin sonuna qədər, abunəçilərin balansı toxunulmaz qalır, yalnız internetin sürəti məhdudlaşdırılır. Paketin istifadə müddəti bitənə qədər abunəçilər WhatsApp və digər messencerlərdən tamamilə pulsuz və rahat istifadə edə bilər.

 

Həmçinin, internet bağlantısı saxladığına görə, mobil operator traffik bitdikdən sonra abunəçilər üçün yarana biləcək gözlənilməz xərclərin qarşısını alır.

 

“Nar” internet paketləri haqqında bütün məlumatı nar.az/internet saytından əldə edə bilərsiniz.

04.08.2017 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ