Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AccessBank mükafat aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank mükafat aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

AccessBank Visa ödəniş sistemi tərəfindən 2016-cı ildə korporativ kartlarının portfeli üzrə ən yüksək artım göstərdiyinə görə mükafata layiq görülüb. AccessBank, ölkənin aparıcı banklarından biri olaraq təqdim etdiyi kart məhsulları və xidmətlərinin çeşidi və keyfiyyəti üzrə də ön mövqelərdədir.

 

Nağdsız ödənişlərin artmasına görə ödəniş kartları da ən əlverişli və rahat ödəniş vasitəsinə çevrilir. Bank 3 il müddətinə, manatda, dollar, avro və funt sterlinqdə Visa Electron-dan başlayaraq Visa Infinite növünədək geniş çeşidli ödəniş kartları təklif edir. Müştərilər ən çox özündə debit və depozit kartlarının imkanlarını birləşdirən çoxfunksiyalı Visa myCard ödəniş kartına maraq göstərir. Bu kartın üstünlükləriodur ki, kart hesabındakı qalığa illik 6%-ə qədər gəlir əldə etmə və AccessBank-ın bankomatlarında komissiyasız nağdlaşdırma imkanını yaradır.

 

AccessBank-ın ödəniş kartlarının bütün sahibləri üçün Bank bir çox əlavə xidmətlər təqdim edir:

 

MyAccess - 24/7 rejimində vəsaitləri idarə etmək üçün pulsuz onlayn bankinq xidməti

AccessQazanc – xərclənən məbləğin bir hissəsinin müştərinin kartına geri qaytarılması üçün cashback xidməti

SMS Banking - aparılan əməliyyatlar haqqında SMS-məlumatlandırma xidməti

Card-to-Card - bankomat vasitəsilə bir kartdan digər karta pul köçürmək imkanı

PİN Change - bankomat vasitəsilə PİN kodunun tez və rahat dəyişməsi

3D Secure - onlayn əməliyyatların əlavə təhlükəsizliyini təmin edən xidmət

Cash by Code – bank kartı olmayan şəxsə bankomat vasitəsilə kartdan pulun rahat və təhlükəsiz köçürülməsi.

 

Kart məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi İnternet saytındanFacebook səhifəsindən və 151 nömrəsi ilə Bankın Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.

04.08.2017 15:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ