Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“Unibank”ın rəhbərliyinə yeni təyinatlar olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”ın rəhbərliyinə yeni təyinatlar olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinə 2 yeni müavin təyin edilib.

 

İqor Okayev korporativ bank xidmətləri üzrə müavin, Taleh Tahirli isə pərakəndə bank xidmətləri üzrə müavin vəzifəsinə təsdiqlənib.


Bununla da, “Unibank”ın İH üzvlərinin sayı 3-dən 5-ə çatıb.


İ.Okayev bundan əvvəl “Bank VTB (Azerbaijan)” ASC-nin İH-nin üzvü, T.Tahirli isə pərakəndə bank xidmətləri üzrə direktor olub.


Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 119 685 712 manatdır. Bankın səhmlərinin 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,6%-i Zemfira Cəfərovaya, 19,4%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,4%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 8%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,3%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4%-i isə minaritar səhmdarlara məxsusdur. 

 

© Report

04.08.2017 16:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ