Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bank sistemində izafi likvidlik mövcuddur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank sistemində izafi likvidlik mövcuddur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin 6 ayında da Mərkəzi Bank tərəfindən açıq bazar əməliyyatları olaraq sterilizasiya alətlərindən müntəzəm əsasda istifadə edilib.


 
“Marja" Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, hesabat dövründə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 34 depozit hərracı, notların yerləşdirilməsi üzrə 23 hərrac keçirib.


 
Depozitlər əməliyyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Cari ilin 6 ayının sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 750 mln. manat olub. Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 400 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 300 mln. manat təşkil edib.


 
“6 ay ərzində keçirilən depozit hərraclarında tələb təklifi 19 dəfə üstələyib ki, bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir. Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib. Qeyd etmək lazımdır ki, açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. Depozit əməliyyatları ilə vəsaitlər 10%-14,8%-lə cəlb edilib, notlar isə 12,01%-14,99%-lə yerləşdirilib”, - deyə sənəddə vurğulanıb.  

04.08.2017 17:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ