Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib"

Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq I yarımilliyin sonuna 45.6% təşkil etmişdir

 

Marja" xəbər veri ki,  Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında deyilir.

 

Qeyd edilib ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64.4% təşkil etdiyi halda yarımilliyin sonuna 67.2% təşkil etmişdir.

 

Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21.2% artmış, xarici valyutada əmanətləri isə 19.5% azalmışdır. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 73.4%-ə enmişdir.

 

Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər. Belə ki, dövr ərzində nağd pul kütləsi 6.2%, fiziki şəxslərin manat əmanətləri 21.2% artmış, hüquqi şəxslərin (,irkət, idarə və təşkilatların) manat depozitləri isə 21.9% azalmışdır.

 

Manatla müddətli depozitlər dövr ərzində 16%, tələb olunanadək depozitlər isə 3.7% azalmışdır.

 

Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 0.4% artmış və dövrün sonuna 20973 mln. manat təşkil etmişdir.

04.08.2017 17:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ