Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yonca əkənlərə hər hektar üçün 50 manat yardım veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yonca əkənlərə hər hektar üçün 50 manat yardım veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına yonca əkini ilə əlaqədar yardım veriləcək.


 
Nazirlər Kabineti bununla bağlı “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nda müvafiq dəyişiklik edib.


 
Qaydaya əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan nın dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara genetik modifikasiya olunmamış bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 50 manat məbləğində yardım verilməsi müəyyən edilib.

 

Dəyişikliyə əsasən bundan sonra yonca becərən şəxslərə də  yanacaq və motor yağları ilə əlaqədar hər hektar üçün 50 manat yardım veriləcək. 

05.08.2017 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ