Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft bazarı Abu Dabidən gələcək xəbərləri gözləyir - İCLAS BAŞLAYIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bazarı Abu Dabidən gələcək xəbərləri gözləyir - İCLAS BAŞLAYIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində OPEC+ ölkələrinin növbədənkənar iclası keçiriləcək. İclasda  bəzi ölkələrin hasilatın azaldılması öhdəliklərində geri qalmaları və yerinə yetirmədikləri məsələsi müzakirə ediləcəkdir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, iki gün davam edəcək iclas Küveyt və Rusiyanın həmsədrliyində keçiriləcək.

 

Neft qiymətləri, iclasdan əvvəl kəskin dəyişməyib. Bakı vaxtı ilə sat 08:00-da Qərbi Texas nefti (WTI) 49.51 dollardan, Brent nefti  52.34 dollardan alıcı tapıb.

 

Bloomberg-in topladığı məlumatlara görə, hasilatın azaldılması razılaşmasına əməletmə  İyulda 86%-ə enərək Yanvar ayından bu yana ən aşağı səviyyəsinə enib.

 

Səudiyyə Ərəbistanı hasilatın azaldılması sazişinə tam əməl etməyən ölkələr üzərindəki təzyiqi artıracağını açıqlamışdı. 

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Sazişə görə, neft istehsalçıları hasilatı gündəlik təxminən 1,8 milyon barrel azaltmalıdırlar. Müqaviləyə əməletmə ilk əvvəl yüksək olsa da, son dövlər neft qiymətlərinin aşağı qalmaqda davam etməsilə bir sıra ölkələr hasilatı artırmağa cəhd edirlər.  

 

Əgər əməl olunarsa, hasilatın azaldılmasının bazarda neft qıtlığı yaradacağı, yəni tələbin təklifi üstələyəcəyi gözlənilir. 

07.08.2017 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ