Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

6 ayda 92 mindən çox azərbaycanlı İstanbulu ziyarət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 ayda 92 mindən çox azərbaycanlı İstanbulu ziyarət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin birinci yarısında İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb. Bu müddətdə İstanbulu 92 088 nəfər azərbaycanlı ziyarət edib.

 
Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Reklam_3_11


İstanbul Mədəniyyət və Turzim İdarəsinin hesabatına əsasən, birinci yarımildə səfər edən turistlər arasında 9,2% ilə almanlar birinci olub.

 

Bu müddətdə şəhərə gələn turistlərin 7,7%-ni iranlılar, 4,6%-ni ruslar, 4,3%-ni Səudiyyə Ərəbistanından olan turistlər, 4,2%-ni iraqlılar, 3,5%-ni ingilislər, 3,4%-ni ukraynalılar, 3,3%-ni fransızlar, 2,9%-ni amerikalılar, 2,5%-ni hollandlar, 2,1%-ni Küveytdən gələnlər, 2,1%-ni türkmənlər və 2,1%-ni azərbaycanlılar təşkil edib. Çinlilər də cəmi turistlərin 2%-ni əhatə edib.


Qeyd edək ki, yanvar-iyun ayları ərzində İstanbula cəmi 4 385 153 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalma deməkdir. 

 

Bundan əvvəl  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bildirmişdi ki, Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 306 644 nəfərə çatıb.  Təkcə bu ilin iyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63 223 nəfər səfər edib, bu da illik müqayisədə 26,81% çoxdur.

 

Rəqəmlərdən məlum olur ki, Türkiyəyəy səfər edən azərbaycanlıları 30%-i İstanbula gedir.

07.08.2017 06:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ