Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft "neftbaza" göstəricisi öncəsi bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft "neftbaza" göstəricisi öncəsi bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da azalma göstərməsi gözlənilən rəsmi neftbaza göstəricisi öncəsi neft yenidən bahalaşmağa başlayıb. Eyni zamanda neftin bahalaşmasına OPEC və digər istehsalçıların bazara sabitlik gətirmək üçün istehsalı azaltmağa başlamaları da təsir göstərir.


 
ABŞ-da Cümə günü Enerji İnformasiya İdarəsinin açıqlayacağı neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 2.25 milyon barrel aşağı düşməsi gözlənilir.

Reklam_3_11

 

Digər tərəfdən OPEC-in istehsalın azaldılması razılaşmasına daxil edilməyən Liviya iki il davam edən daxili problemlərin ardından, ən böyük neft sahəsində istehsalı artırır.
 


Neft ötən il, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və qrup xarici digər 11 istehsalçı ölkənin istehsalı azaltmaq məsələsində razılığa gəlməsi ilə birlikdə, 2009-dan bu yana ən böyük illik bahalaşmasını həyata keçirib. OPEC üzvü olan Küveyt müqavilənin başladığı 1 Yanvardan etibarən hasilatını gündəlik 130,000 barel azaldarkən, Oman istehsalını bu ay gündəlik 45,000 barel aşağı salır.


 
Bəzi analitklər neftin ilk rübdə orta hesabla 60 dollar səviyyəsində olacağını təxmin edirlər. Qiymətlər, makro göstəricilərin daha güclü iqtisadi inkişafa işarə etməsə, yəqin ki, bu səviyyədən (60 dollar) daha yuxarı olmayacaq. Liviya şübhələri bir miqdar artırıb.


 
Qərbi Texas nefti (WTI), Nymex birjasında 35 sent yüksələrək bareli 52.68 dollara qədər çıxandan sonra, 52.66 dollara gəlib. 
 


Brent nefti, Londonda ICE Futures Europe birjasında 38 sent və ya 0.7 faiz yüksələrək bareli  56.14 dollara qədər çıxıb.  Brent nefti dünən 3% bahalaşaraq 58 dolları görmüşdü. 

04.01.2017 06:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ