Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Renault-dan İran həmləsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Renault-dan İran həmləsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranın  IDRO və "Negin" şirkətləri, Fransanın avtomobil istehsalçısı Renault ilə ölkə tarixinin ən böyük avtomobil müqaviləsinə  imza atıblar.


 
Müqavilə çərçivəsində, 2018-ci ildən başlayaraq 150 min avtomobil istehsal edilməsi nəzərdə tutulur.

Reklam_3_11


 
"Marja" IRNA agentliyinə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 660- 778 milyon dollar arasındadır. İranlı şirkətlərdə təxminən 3 min nəfərlik yeni iş yeri açılacağı gözlənilir.


 
Daha əvvəl "PSA Peugeot Citroen" də "İran Khodro" ilə, ildə 200 min avtomobil istehsal ediləcək bir müəssisə açılması məsələsində anlaşmışdı.


 
Total, 2006-da çıxdığı dünyanın ən böyük qaz sahəsi olan Cənub Parsa geri qayıdarkən, Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" də 17 il fasilədən sonra İran bazarına qayıdıb.

 

İrana sanksiyalar səbəbilə bir çox avtomobil istehsalçısı uzun illərdir ölkəyə satış etmir. Avtomobil parkı xeyli yaşlı olan İranda 1000 nəfərə 100 avtomobil düşür, bu Avropa ilə müqayisədə çox aşağıdır.  Avropada bu nisbət 1000-ə 600-dür.


 
Volkswagen 2000-ci ildə İrandan çıxmışdı.

07.08.2017 13:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ