Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda da fəaliyyət göstərən məşhur xətəxanalar qrupu iflasın astanasında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda da fəaliyyət göstərən məşhur xətəxanalar qrupu iflasın astanasında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda da fəaliyyət göstərən, Türkiyənin ən böyük göz xəstəxanaları qrupu, tədavül müddəti başa çatmış istiqrazlar üzrə ödənişi həyata keçirə bilmir. Səbəb şirkətin maliyyə çətinlikləri ilə qarşı-qarşıya olmasıdır.

 

Reklam_3_11

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə banklar ilə borcun restrukturizasiyası (ödəniş müddətinin uzadılması) üzrə aparılan danışıqlarda razılıq əldə olunmayıb. Danışıqlar 800 milyon lirəlik borcun restrukturizasiyası üzrə aparılırdı.


 
"Dünyagöz" xəstəxanalarının sahibi olan "Kapıcıoğlu Qrup"nun "Akbank", "Odeabank" və "Ziraat Bankası" ilə davam edən danışqılarda razılaşmanın olmaması "Dünyagözün" 8 Avqustdakı 86 milyon lirəlik istiqraz ödənişini riskə atıb.


 
Borcun yenidən strukturlaşdırılması danışıqları, "Dünyagöz"ün Türkiyə daxilində 135 milyon dollarlıq kapitalla 10 yeni xəstəxana açmasının ardından baş verməsi diqqəti çəkir. Noyabr ayında "Bloomberg"ə müsahibə verən Kapıcıoğlu, "Dünyagöz"də səhm satışı danışıqlarının 15 İyul dövlət çevrilişi cəhdindən sonra yaranan siyasi təlatüm səbəbindən uğursuz olduğunu söyləmişdi.

 

“Dünyagöz”  2017-ci ilin Aprel ayından etibarən Bakıda da xidmət göstərməyə başlamışdır.

07.08.2017 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ