Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avro/dollar 2017-də 1-i görə bilərmi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro/dollar 2017-də 1-i görə bilərmi?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-ci ilin son iş günündə "toppuş barmaq" ilə gündəmə gələn Avro/dollar (EUR/USD) məzənnəsi və məzənnədəki hərəkət bazarların 2017-ci ildə də gündəmində yerini qoruyur.

 

"Marja"nın məlumatına görə, məzənnə, "toppuş barmaq" ilə 1,05 səviyyəsinin altından 1,06503-ə qədər yüksəlsə də qısa müddətdə başlanğıc nöqtəsinə geri qayıtdı və ili 1,0528-dən bağladı. Treyderlər davam edən aşağı istiqamətli təzyiqin məzənnəni 1 səviyyəsinə, yəni avro və dolların dəyərinin tarazlanması səviyyəsinə gətirib-gətirməyəcəyini  maraqla izləyirlər.

 

(Birjalarda treyderlərin apardığı əməliyyatlar zamanı yanlış bir düyməni basaraq daha çox  alış  reallaşdırmasına "fat finger" yəni "toppuş barmaq" xətası deyilirr. Məsələn, 1000 lot alış yerinə bir sıfıra daha çox basılıb 10.000 lot alış edilməsi kimi.)

 

Analitiklərə görə, 20 Yanvarda Ağ Evə girəcək ABŞ-ın 45-ci Prezidenti Donald Trumpın verəcəyi qərarlar başda olmaqla Fed və ECB-inin pul siyasətlərindəki fərqlərin avro/dollar məzənnəsini müəyyənləşdirəcəkdir.

 

SOCIETE GENERALE: 15 İL SONRA İLK DƏFƏ MƏZƏNNƏ BƏRABƏRLƏŞƏCƏK

 

 Societe Generale-a görə, Avropada siyasi qeyri-müəyyənliklərin artması və ABŞ-da faiz artırımları 15 il sonra ilk dəfə avro və dolları bərabərləşdirəcək.

 

Societe Generale-a görə,  Trumpın qələbəsinin ardından populist siyasətin dünya miqyasında dəstək tapması, Fransada Mariya Le Pen-ə, İtaliyada isə Beş Ulduz Hərəkatına dəstəyin artması investorların qayğılarını, xüsusilə Avropa mərkəzində artırır. Societe General "Siyasi mənzərəyə dair narahatlıqlar və populist siyasətlər Avronu təzyiq altında saxlamağa davam edəcək" deyir. Bank, avro/dolların 2017-nin ilk rübündə 1 səviyyəsinə enməsini, 2017-ci ilin sonunda isə 1.09 səviyyəsinə yüksəlməsini gözləyir. Bank bu proqnozu Fed-in gələn il 2 dəfə faiz artıracağı ssenarisin də əsas götürərək edir.

 

QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >

 

GOLDMAN SACHS: ƏN YAXŞI SƏRMAYƏLƏRDƏN BİRİ AVROYA QARŞI DOLLAR ALMAQDIR

 

Goldman Sachs (GS), 2017-ci ildə güclü dollar proqnozu edərək avro qarşısında uzun mövqe tutmağı 2017-nin ən yaxşı dörd qoyuluşundan biri kimi görür. GS, 2017-də Avro/dollarda 1 səviyyəsini gözləyir.

 

BARCLAYS: 0,95-İ GÖRƏCƏK

 

İngiltərənin investisiya bankı Barclays-a görə Avro/dollar 2017-də 1 səviyyəsindən də aşağı enəcək. Barclays-ın 2017-nin ikinci rübü üçün təxmini 1,01 və 2017-ci ilin sonu üçün təxmini isə 0,95-ə qədər zəiflədikdən sonra 0,99-dur.

 

ABN AMRO: FED VƏ ECB-NİN PUL SİYASƏTİ BİR-BİRİNƏ ƏKSDİR

 

ABN AMRO isə, "Avro/dollarda bərabərliyin 2017-də reallaşmasını gözləyirik. Bu gözləntimiz Fed ilə ECB-inin pul siyasətlərindəki fərq ilə (Fed faiz artırır, ECB isə azaldır) Avropada artan siyasi riskləri əks etdirir"-deyir.

 

QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >

04.01.2017 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ