Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın çay istehsalçısı barama da istehsal edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın çay istehsalçısı barama da istehsal edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəranda fəaliyyət göstərən  “Yaşıl çay” FT MMC  yeni tut bağları salmağı və barama istehsal etməyi nəzərdə tutur.

 

"Marja"nın məlumatına görə, MMC-nin direktoru Araz Yağubov bildirib ki, ötən il ölkəyə gətirilən 1,5 milyon ədəd tut tingindən 10 min 150 ədədi rəhbəri olduğum “Yaşıl çay “ fermer təsərrüfatında əkilib:

 

“Çünki 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Bu müddətdə tut bağında 5 dəfə becərmə, 7 dəfə suvarma, 2 dəfə gübrələmə tədbirləri aparılıb. Və tut tingləri sağlam inkişaf edir. Gələcəkdə ölkəyə yeni tut tingləri gətiriləcəyi halda, daha 40 min ədəd tut tingi əkməyi nəzərdə tutmuşuq. Bu olmasa, becərdiyimiz çin sortu olan tut ağaclarından tut tinglərini calaq vasitəsilə artırıb yeni bağlar salmağı düşünürük”.

 

YAŞ BARAMA SEXİNİ İSTİFADƏYƏ VERƏCƏK

 

İş adamı bildirib ki, dövlətin qayğısı onları çayçılıq kimi baramaçılığı da inkişaf etdirməyə həvəsləndirir:

 

“Çalışacağıq ki, çay emalı sexi kimi, yaş barama emal edən seximizi də tikib istifadəyə verək. Bu, daha çox gəlir gətirməklə yanaşı, kənd yerində yeni iş yerləri, ölkənin isə daha çox  valyuta qazanmasına bizim töhfəmiz olacaqdır".

 

Qeyd edək ki, gələn il ölkəmizdə 500 ton barama tədarükü gözlənilir. 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılması planlaşdırılır.

08.08.2017 06:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ