ABŞ Qətər üçün hərəkətə keçdi
ABŞ-ın Xarici İşlər Nazirliyinin Qətər və dörd Körfəz ölkəsi arasında yaşanan gərginliyi həll etmək üçün regiona yüksək səviyyəli iki səlahiyyətli göndərdiyi bildirilir.
ABŞ Xarici İşlər Nazirliyindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli, bu həftə regiona iki diplomatın getdiyini söyləyib.
Səlahiyyətli, "General Entoni Zinni və xarici işlər nazirinin müavini Timoti Lenderking tərəflər ilə ünsiyyət qurmaq və Küveyt hökumətinin vasitəçilik işinə dəstək vermək üçün bu həftə Körfəz bölgəsinə getdi" - ifadəsini istifadə edib.
ABŞ-ın xarici işlər naziri Reks Tillerson da, keçən həftə etdiyi bir çıxışında, pensiyaya çıxmış general Zinninin Qətər və dörd Körfəz ölkələri arasında yaşanan gərginliyi təqib etmək üçün bölgəyə gedəcəyi siqnallarını vermişdi.
Həmçinin Tillerson, iyulda Körfəz bölgəsinə səfər etmişdi.
Zinni ABŞ Mərkəzi Komandanlığında işləməklə bərabər, Corc Buş administrasiyası dövründə ABŞ-ın İsrail - Fələstin Xüsusi Elçisi vəzifəsini icra etmişdi.
Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn 5 İyunda verdikləri açıqlama ilə Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiklərini bildirmişdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə, ölkələrinin hava məkanını Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl