Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Məşhur market maraqlı status yazanları mükafatlandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur market maraqlı status yazanları mükafatlandırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər sosial şəbəkələrdə gündəm olmuş OBA marketlər şəbəkəsi yazılan bütün fikirləri dəyərləndirərək 5 ən yaxşı statusu seçib.

 

Reklam_3_11

OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Marja”ya verilən məlumata görə paylaşımlar seçilməzdən əvvəl statusu ilk yazan istifadəçilər müəyyənləşdirilmiş, daha sonra həmin istifadəçilər ilə əlaqə yaradılaraq bir daha dəqiqləşdirilmə aparılmışdır.

 

Rəsul Zahidov, Fərrux Qocamanlı, Kamran Musazadə, Rəşad Hüseynov və Offside səhifəsi paylaşdıqları statuslara görə dəyərli hədiyyələrlə mükafatlandırılmışdır. Qaliblər ilk dəfə fəaliyyətə başlayan OBA market filialına dəvət olunmuş, onlara marketin fəaliyyəti, konsepsiyası, satılan məhsulların istehsal prosesi, qiymət ucuzluğunun səbəbi və s. haqqında ətraflı məlumat verilmişdir.

 

Qeyd edək ki, OBA marketlər şəbəkəsi hard-discount (kəskin endirim) modelini ölkəmizdə tətbiqedən ilk marketlər şəbəkəsidir. OBA marketlər şəbəkəsində 600-ə qədər çeşiddə gündəlik tələbat malları – qida və qeyri-qida – satılmaqdadır.

 

OBA marketlərdə satılan məhsullar digər məhsullara nisbətən 20 %-ə qədər ucuzdur.  Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir.

 

OBA marketlər şəbəkəsində yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyəti hər zaman diqqətdə saxlanılır, alıcılarına kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edir. Yəni satılan mallarda markalara deyil, kefiyyətli məhsullara üstünlük verilir.

08.08.2017 07:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ